Böyüklər «Kapitalistləşiblər»

Indiki böyüklər məni yıxır,sanki Agsaqqalları,agbirçəkləri görən bunlar olmayıblar,sanki əsil böyükləri görən bunlar olmayıblar.Fikir veribsizsə,son zamanlar «Agbirçək», «Agsaqqal», «Qagam «sözləri az istifadə olunur.Səbəb dəbdən deyil he,səbəb böyük olan yoxdu,indiki böyüklərdə «Kapitalistləşiblər» hər şeyi umurlar,yalnız özləri,hər şey özlərinə edib,sanki özünnən aparaca,daha deyən yoxduki o birisi dünyaya yalnız kəfən olaca.İndiki Gənclər böyüklüyü bilirsiz necə bilir,bagışlayın,bilmir hee,ona görəki gördükləri qarşındaki böyükdən,yaltaqlıq,nəsə verməsəm,yada yaxşı münasibət görsətməsən böyüklük etməyəcə.

Mən görmüşəm böyüklər,bilirəm necə olmalıdı,amma görmək yetərli deyil axı,helə olmaq lazımdı.

Mən tək özümdən balacalara yox,qarşımdaki yaşda böyük olanada böyük olmaq arsuzundayam,ona görəki «böyük kimi ol»sözü qulagımdadı.Düzdü böyük olmaq,helə etmək demək deyil,qaygıdı,axtarışdı,ayda bir dəfə evinə getməkdi,nətərsən deməkdi?nə problemim var deməkdi?gizlicə nəyisə köməklik etməkdi.Vallah umduqca qarşınızdakindən,allah sizdən o böyüklüyü alır,deyir helə yaşda qal böyük.Dogmalarınıza Siz var oldugunu,yanınızda oldugunu hiss elətdirin,yoxsa ətraf sizi yaşı kimi həmişə böyük biləcə.

Böyük O deyil qarşındakindan cavab gözləsin,Böyük o deyil umacaqlı olsun,Böyük O deyilki elədiyinin əvəzini gözləsin,Böyük O deyilki hər şeydən küssün,uşaq kimi

Böyük arxadı,dayaqdı,hər şeydə hazıram deyəcək bir insandı,qaygıya qalan insandı,cavab gözləmir etdiyinin,bir şeylər etməmək,bir şeylər etsədə,eləmişəm deməyid agzına almır,bıh etdimdə,başqa nə gözləyirsən sözləri deməmək.

Deyəcəksiz Aytən loxluq deyilmi qarşındakinə helə etmək?-

Yox,ona görəki bizim adımız böyükdü.

Fikirləşməyinki,böyüklük yalnız agsaqqallıqdı,unutmayın hər yaşa görə qarşındakinin böyüsən,böyüksən.

Qarşındakinin böyüyü olun,yoxsa hamı adda yada yaşda böyükdü,o ada layiq olun.Allah sizi böyük kimi qarşındakindən yaradıbsa,demək sənin ona böyüklük etmən lazım.

Helə etməyinki ,sizə böyüyümdü,yada yaşda məndən böyükdü,yada agsaqqalımdı deyə hörmət etməsinlər,yani məcbur,helə edinki sizi böyük hesab etsinlər,yoxsa mən yaşda böyüyəm deməklə,yalnız xəyallarınızda böyük yada hörmət olunacaqsız.

Böyüklük etməklə qarşınızdaki sizə hörmət edəcə,qarşınızdaki etməsədə Allah cavabını verəcə,sagol deyəcə,yaxşıki böyüyümsən deyəcə,hardasa qarşına çıxaca,bəlkə üzdə yox,amma siz gələndə başınıza yıglışaca,böyüyüm gəlib,sizi ailə quranda Böyüyümdə deyərək səslənəcə,yoxsa qarşımdakindən ayıbdı deyə yalandan yox böyrəklə «Böyüyüm»deyəcə,ən azından arxasının boş oldugunu hiss etmiyəcə.

Ən əsası uşaqlıgınızı,umacaqlıgınızı qoyun qıraga,oda əgər Allahın verdiyi böyüklüyə layiq olmaq istəyirsinizsə.

Etdiyinizi helə həmin anda unudun!!!

Bayramınız mübarək, atalar!🎉

Bu gün atalar günüdür. Bayramınız mübarək, atalar! 🎉 Sizlərə can sağlığı, xoşbəxt olub ətrafdakılarınızı da xoşbəxt etməyi arzu edirəm.Dostluğumda olan insanların facebook-da atalarına yazdıqları sözlər və şəkillər ürəyimi açdı. Demək ki, həyatda belə atalar var. O şanslılardan biri mən olmasam da…

Yaxşı ata övladının qayğısına qalan, hər zaman yanında olan, arxa-dayaq duran və dəstək olan bir varlıqdır.

Özüm bu hissləri keçirməmişəm, çünki onun yadına düşməyən bir insanam. Həminki Aytən də olub bir quru təbrik mesajı yazmaq istərdim, amma incidilən bir övlad kimi içim getmədiyi yerə əlim gedə bilməz…

Qızlarının əlindən tutub parkda gəzdirən, ad günü keçirən, bayramlarda yanında olan, imtahanları üçün narahat olan, elçilərini qarşılayan, anadan çox qızıyla maraqlanan, ya da qızının xətrinə dəyən analara əsəbləşərək «Qızımla mən danışacam, öz işinlə məşğul ol» deyən ataları görəndə sevinirəm.

Və bilirəm ki, qızların həmişə Qafqaz dağları kimi möhkəm ataya ehtiyacı var. Mən isə həyat yoldaşımın qəlbimə əbədi olaraq sevgi toxumu əkən bağban olacağına ümid edib inanıram 🙏

Bayramınız mübarək!

8 yaşlı qızcığaz🙍🏻

Novruz bayramı ərəfəsində Gəncədə dincələrək bayramdan zövq almağa çalışırdım. Axı bayramdır, həm də ən sevdiyim bayram.O müddət ərzində qohumlara baş çəkərək onlar ilə daha yaxın olmağa çalışırdım. Bir gün belə qohum ziyarətlərinin birində qohumumum qonşumuzun həyatı barədə danışdıqları məni sarsıtdı. Deməli belə, qız gənc yaşlarında bir tanınmış ailənin oğlu iləailə qurub xoşbəxt olur. İlk əvvəl hər şey yaxşı idi. Sonra isə hər şer pisləşməyə başladı. Hətta o həddə çatdı ki, ər ilə yoldaşı qaynanayla bir otaqda yatırdı. Səbəb isə, bunu qaynananınistəməyi. Oğlan qızı döyür, gündə qırğın-qiyamət, səslərinə qonşular yığışır. Beləliklə də bir yuva yıxılmağa doğru gedir.Bunların isə bir gözəl şirin toppuş qızları var. Qaynana vermədiyi işgəncəni gəlininə verir. Ən maraqlısı da odur ki,onun özünün də çox xoşbəxt qızı var. Ən əsası isəmaraqlandığıma görə, elə onun öz qaynanası da çox yaxşı xanım olub. Yani bu insanı çox ehtimal ki, hind kinoları pozub. Yoxsa bunları niyə etsin, bu mənfi enerjini haradan alsın?! Nə isə, baş aça bilmirəm. Sonda gəlin bezərək, evdən tək uşağını götürüb boşanma ərizəsiylə gedir məhkəməyə. Amma növbəti günlərdə ata uşağını qaçırır. Həngamə elə bundan sonra başlayır.

Qaynana uşağı götürüb belə bir şərt qoyur ki, gəlin öz ayağı iləgəlib yalvarsa ki, onu bağışlayaq, o halda uşağı görə bilər. Əks təqdirdə, uşağı unutsun. Gəlin razılaşmayaraq öz haqqını məhkəmədə, həmin vaxtlar məşhur olan Zaurun verilişinəçıxaraq tələb etməyə başlayır. Beləliklə də qalır Gəncə — Bakıyolunda. Qanun «uşaq anasında qalmalı və anasını görməli» deyir. Amma qaynana qanunu tanımadığını iddia edir. Beləliklə də gəlin ağlayaraq, Zaurun verilişi vasitəsilə də bir şeyə nail olmadan evinə qayıdır.

Aradan bir neçə il keçir. Və bayramların birində həmin qadın öz qızına zəng çalır. 

«- Salam. Necəsən? Mən sənin ananam. Uşaq yaşlarında səni məndən almışdılar. 

— Nə?? Sən kimsən? Mənim «SƏN» adda anam yoxdur. Mənim anam nənəmdir. Məni çox istəsəydin yanımda olub hər şeyə dözərdin. Sən rahat həyatı seçdin» sözlərini deyərək dəstəyi yerə qoyur. Bu sözləri eşidən ana yenə zəng edərək, uşağa yalnış məlumat verildiyini çatdırmaq istəyirdi. Amma 8 yaşlı qız «məni axtarma», «mənim sən adda anam yoxdur» sözlərini deyib nöqtəni qoyur.

Ana ağlayaraq öz anasına hıçqıra-hıçqıra deyir: «BUNA BAX! UĞRUNDA GÖZÜMÜ KOR ETDİYİM ÖVLAD GÖR QAYIDIB MƏNƏ NƏ DEYİR?! SƏN MƏNİM ANAM DEYİLSƏN».

Qıraqdan hamı özünə haqq qazandıraraq «Gördün?! Biz sənə deyirdik. O səni heç xatırlamayacaq. Get öz ailəni qur» məsləhətlərini verdi. Gəlin də artıq razılaşaraq, həyatına davam etməyə başlayır. Qəşəng geyinir, işə girir və biri ilə tanış olub gəlinliklə ikinci dəfə ailə qurur. Xatırladım ki, 8 yaşlı uşağın atası ikinci dəfə ailə qurmayıb. Yəqin öz anasının xasiyyətini bilərək ikinci dəfə ailəsinin dağılmasını istəməyib. 

Qayıdıb qohumuma sual verdim: «Ana bilmirdi ki, o qız uşaqdır,onun yalnız 8 yaşı var. O axı onun sözləri deyil, öyrədilmişdir».

Qohumum isə cavab verdi: «Qız bəlkə də yola versəydi, çox şeyin üstündən keçsə, ailəsi dağılmazdı hər halda. Amma istəmədi. Hər halda düşünürdü ki, hər şey türk seriallarındakı kimi olacaq. Nənələrimiz səbrli idi, dözürdülər. Oğlan da ailəsinə sahiblənsəydi, a bala, ailə olardılar. Aytən, qız da yazıqdır, xoşbəxt olsun». Bununla da həmin qohumumla söhbətim bitdi.

Amma mən yenə də uşağın rədd cavabını bəhanə gətirib ondan vazgeçməyi başa düşmədim. 

İndi də məni ən çox narahat edən o uşağın vəziyyətidir. O necədir? Nə hisslər keçirir? Anasını istəyirmi? Bu tipli suallar beynimdən hec cür çıxmır.

Amma tək bir şey bilirəm ki, ananı baladan ayırmaq, onları üz-üzə gətirmək böyük günahdır. O qızcığaz ömür boyu anasını axtaracaq. Lakin onun yeni ailəsini görüb yenə də öz həyatını yaşayacaq. Nənəsi bir gün bu dünyadan köçəcək, atası isə ona «baxan» bir xanımı evə gətirib necəsə yaşayacaq. Yenə də tək qalan o qızcığaz olacaq. Ümidvaram ki, o həyatdan düzgün nəticələr çıxardıb, düz yoldan sapmayacaq və öz ailəsini quraraq övladlarına yaxşı «ANA» olacaq. Ümidvaram…inanmaq istəyirəm…onun da həyatının «parçalanmış həyatlar» sırasına daxil olmasını istəməzdim. 

Axırda yenə kişilər, atalar, sizə müraciət edirəm! Sizlər nə fikirləşirsiniz? Ailə qurmağa sizi nə məcbur edir? Niyə hər dəfə o güvənilən dağlara qar yağdırırsınız? İndi bir fikirləşin. Oxanım və siz ikinci həyatı qurmaqla xoşbəxt oldunuzmu? Hələ çəkdirdiyiniz zülmləri demirəm! Qadına «dul» sözü dedirtdiyinizi demirəm! Sayənizdə 8 yaşlı uşağı doğmasız qoyub ömürlük ürəyinə xal saldığınızı demirəm! Hansını deyib siz kişilərə haqq qazandırım? Sözünüzün kəsəri olmadığınamı haqq qazandırım?? Həyat yoldaşınızla ananız arasında fərqi hiss etdirib, vəziyyəti normallaşdıra bilmədiyinizəmi? Eh…nə isə… 

Açığı məni tək düşündürən o 8 yaşlı qızın aqibətidir. O axı günahsızdır!!!

Arxaya deməyə bir sözüm qaldı: Valideynlər, öz övladlarınızı qoruyun!!! Qoruyun!!!

Qarabagı istəyirik😉

Etiraf edəcəm ki, mən yaşadığım 21 ildə ilk dəfə Azərbaycan xalqında bu birliyi gördüm. Bu məni bir Azərbaycan vətəndaşı kimi, öz torpağını sevən bir gənc kimi çox sevindirir. Ən əsası da ona görə sevinirəm ki, nəhayət ki, «qınaqlarımın» və «tənqidlərimin» nəticəsini görürəm. Vaxtilə «Aytən, sus!», «Ay qız, sənə qalıb Vətən sevgisi?!» deyən insanların indi Vətənə aid statuslar yazdıqlarının şahidiyəm. Hətta bir ara çox adam elə bilirdi ki, mən Qarabağ zonasındanam. Səbəbini soruşanda isə, «Aytən, elə yanqılı yazırsan ki, elə atəşlə #Qarabağ haqqında danışırsan ki» cavabını alırdım. Amma mənim üçün bir həqiqət var, VƏTƏN BÖLÜNMƏZ. Bölgədən asılı olmayaraq, biz AZƏRBAYCANLIYIQ. Hamımız, QARABAĞdanıq. İndiki vəziyyətdə isə deyə bilərəm ki, insanlar özlərinə inanırlar, ordumuza inanırlar, gündə şəhid verməkdən yorulublar, atəşkəs sözünü eşitməkdən yorulublar. Artıq #Qarabağda 🇦🇿 himnini oxumaq istəyirlər. Mən də onların sırasında.

Gənclərin ilk gündən profil şəkillərini dəyişməsi və hamının bir olaraq qanvermə aksiyasında iştirakı, sonralar himn oxuyaraq Azərbaycan Əsgərlərinə dəstəyi məni heyrətləndirdi. Açığı deyəcəm, gənclərdə ürəkdən,»Bəli, mən də iştirak etmək istəyirəm»,»Bəli, mən də nə isə etmək istəyirəm» arzusu var.

Hər bir 4-cü kurs tələbəsinin sevinclə müharibəyə hazırlaşdığını gördüm. O arxada gizlənən ya da «mənə lazımdır torpaqlar?» deyən insanlar yoxdur. Halbuki belə sözlər əvvəllər çox eşitmişəm.

Təcrübə keçdiyim məktəbin 5-ci sinif şagirdlərinin «Biz də Qarabağı istəyirik», «Biz də vuruşmaq istəyirik» sözləri, hətta ətrafda kimsə güləndə, «Gülmə» deyə iradı məni heyrətləndirdi. İnanmazsınız, qayıdıb uşaqlardan «Siz nə bilirsiniz döyüş nədir?» sualına cavab axtardım. Məqsəd onların həqiqətənmi Vətəni sevdiklərini yoxsa uşaqdırlar deyə, belə dediklərini bilmək idi. Amma yox, gördüm ki, 5-ci sinif uşağı müharibə istəyir, Qarabağı istəyir. Demək, evdə vətənpərlik hissi aşılanır.

Ən sevindirici hallardan biri isə yürüşlərdə, MN müraciətdə xanımların olmasıdır. Bunlara deyərəm ki, Koroğlunun Nigarının davamçılarıdırlar.

Hələ rayonların qalxması başqa mövzudur. İlk qalxan isə yenə də Gəncə oldu, hansı ki, tarix boyunca öz savaşları, vətənpərvərliyi ilə fərqlənib.

Fəxrlə uşaqdan qocaya kimi öz şəhidini yola salmaqda iştirak edən insanların izdihamını gördüm bu günlərdə.

Bu vətənpərvərlik hisslərini uşaqdan böyüyə qədər daha da artırıb insanlara həqiqətləri göstərmək lazımdır. Hal-hazırda hamı bir olub Ali Baş Komandanın əmrini gözləyir. Hamı #Qarabağı qaytarmağa hazırdır. Bir əmr yetər. Vur Komandir Vur…

Bəy qızıyam 😉 

Qocaların öldüğünü, qoca insanların əziyyət çəkdiyini, qocalar evinin olmağını həyatımda anamdan sonra ikinci əziz insanın öz dünyasını dəyişdiyindən sonra anladım. Onun sayəsində bütün qocaları sevərək, onlara daha yaxın olub qayğılarını çəkməyə başladım. Axı onlar qocadırlar. Anam deyir ki, mənim sözüm ən çox qocalar və uşaqlarla tutur. Hətta onlarla saatlatla nə danışdığımı anlamadığını qeyd edir. Elə 25 ildir ki, öz torpağına həsrət qalmış nənə də ən çox diqqətimi çəkənlərdən oldu.. Biz nənəylə evimizin qarşısında tanış olmuşuq. Hər dərsə gedəndə nənəni görürdüm. O zibillikdən nəsə götürür, qıraqda yeməkləri ayırır. Sabah oldu, yenə eyni səhnə. Bir yağışlı havada onu görmək olmazdı. Hər gün beynimdə «bu insan zibillikdə nə edir?» sualı ilə fırlanırdım. Bir günün səhəri meyvə satan dayıdan onu soruşdum. O nənə kimdir? Ona necə kömək edə bilərəm? Köməyim ona pis təsir etməzmi? suallarına cavab axtardım. Axı qocalar əyilməyi və kimdənsə nəsə götürməyi istəməzlər. Dayıdan aldığım cavaba görə, o buralarda çoxdan imiş, qaçqın imiş. Onların da aradabir kömək etdiyini dedi. Dayıya təşəkkürümü bildirərək, çəkinə-çəkinə nənəyə yaxınlaşdım, onda hal-əhval və digər bu tipli suallar verdim. 78 yaşlı nənə Zəngilan rayonundan 25 il öncə qaçqın düşüb. Dediyinə görə, ailəsi çox imkanlı insanlardan olub, ən əsası isə, o Bəy qızı olub. «Odlar Yurdu» Universitetinin yaxınlığında olan yataqxanada yaşayır. Yataqxana çox pis vəziyyətdədir, oradakı bütün insanlar «bronxit» və digər xəstəliklərə tutulublar. Səbəbi isə orada olan şərait. Bir qızı və bir nəvəsi var. Qızı ağır xəstədir, nəvəsi isə məktəbə getmir. Kürəkəni isə Rusiyada «xoşbəxt»olub 20 ildən sonra verilişlərə çıxıb övladını axtaranlardandır. «Qızım, dilənməyi də bacarmıram, ona görə ki, mən bir «Bəy qızıyam». Amma nə edim? Şərait bunu tələb edir» sözlərini deyərək uşaqlığı, ailəsi və Sovet zamanı haqqında danışdı. «Eh Şükür, dövlətimiz də ev verəcək, hər ay da 20 AZN pul verir. Sağ ol, qızım, səndən yaxşı olmasın, bir qız da maraqlanırdı. Deyəsən, jurnalist idi. Amma bir şey çıxmadı» sözlərini deyərək, nənə qısa da olsa hekayəsini danışdı. «Nənə, Allah köməyimiz olsun», deyib oradan uzaqlaşdım. Yol boyu beynimdə «Nə etmək? Allahım, bu nənənin nə günahı var ki, belə vəziyyətdədir? Özü də pis insana oxşamır. İndi bunun gəzmək, nəvələri ilə oynamaq vaxtıdır. Amma…» fikirləri dolaşırdı. Evə gəldim. Yenə sual və fikir. Qızlara və HƏR ŞEYİMƏ bunu danışaraq, nənəyə kömək etmək qərarına gəldik. Bayramdan qayıdanda isə HƏR ŞEYİMİN qoyduğu Gəncə paxlavasından da nənəni qonaq etdim. Bir qırağa qoyub üstündə yazdım ki, «BU SİZİN ÜÇÜN». Payın azlığı-çoxlugu olmur. Sadəcə «Mən Bəy qızıyam» cümləsi mənə təsir etmişdi deyə əlinə vermək istəmədim. O gündən sonra da bir-iki dəfə nənəyə cuzi də olsa kömək etdik. Amma içim yenə də rahatlanmır. Çünki onun min sözdən daha çox ifadə edən o baxışlarını görəndə içim sızlayır. «Bacardığım qədər nəsə etməyə çalışacam» sözlərimə inanan o nənənin baxışları…ümid dolu baxışlar. Dostlar, kömək etmək kimi insanın içini rahatlandıran ikinci bir şey yoxdur. Ey insanlar, gəlin bir-birimizə kömək etməkdən vazgeçməyək. Əlimizdəkilərin qədrini bilib şükür etməyi bacaraq. Allah digər insanlara da kömək etməyin vacib olduğunu bizə buyurub. Heç birimiz o vəziyyətdən sığortalı deyilik. Əgər bu gün artıq yemək tapırıqsa, demək ki, boş yerinə deyil. Hər şeyə zaman, hər şeyə pul tapırıq. Demirəm, əyləncəyə ya da əlavə şeylərə pulunuzu xərcləməyin. Sadəcə sizə ehtiyacı olan insanların var olduqlarını unutmayın. Ruhunuzu şad edin. Vicdanınız üçün… Bir bilsəniz, insanı necə xəfifləndirir. Unutmayaq: Biz insan övladlarıyıq. Gəlin nələrsə edək.

Bəy qızıyam 😉

Qocaların öldüğünü, qoca insanların əziyyət çəkdiyini, qocalar evinin olmağını həyatımda anamdan sonra ikinci əziz insanın öz dünyasını dəyişdiyindən sonra anladım. Onun sayəsində bütün qocaları sevərək, onlara daha yaxın olub qayğılarını çəkməyə başladım. Axı onlar qocadırlar. Anam deyir ki, mənim sözüm ən çox qocalar və uşaqlarla tutur. Hətta onlarla saatlatla nə danışdığımı anlamadığını qeyd edir. Elə 25 ildir ki, öz torpağına həsrət qalmış nənə də ən çox diqqətimi çəkənlərdən oldu.. Biz nənəylə evimizin qarşısında tanış olmuşuq. Hər dərsə gedəndə nənəni görürdüm. O zibillikdən nəsə götürür, qıraqda yeməkləri ayırır. Sabah oldu, yenə eyni səhnə. Bir yağışlı havada onu görmək olmazdı. Hər gün beynimdə «bu insan zibillikdə nə edir?» sualı ilə fırlanırdım. Bir günün səhəri meyvə satan dayıdan onu soruşdum. O nənə kimdir? Ona necə kömək edə bilərəm? Köməyim ona pis təsir etməzmi? suallarına cavab axtardım. Axı qocalar əyilməyi və kimdənsə nəsə götürməyi istəməzlər. Dayıdan aldığım cavaba görə, o buralarda çoxdan imiş, qaçqın imiş. Onların da aradabir kömək etdiyini dedi. Dayıya təşəkkürümü bildirərək, çəkinə-çəkinə nənəyə yaxınlaşdım, onda hal-əhval və digər bu tipli suallar verdim. 78 yaşlı nənə Zəngilan rayonundan 25 il öncə qaçqın düşüb. Dediyinə görə, ailəsi çox imkanlı insanlardan olub, ən əsası isə, o Bəy qızı olub. «Odlar Yurdu» Universitetinin yaxınlığında olan yataqxanada yaşayır. Yataqxana çox pis vəziyyətdədir, oradakı bütün insanlar «bronxit» və digər xəstəliklərə tutulublar. Səbəbi isə orada olan şərait. Bir qızı və bir nəvəsi var. Qızı ağır xəstədir, nəvəsi isə məktəbə getmir. Kürəkəni isə Rusiyada «xoşbəxt»olub 20 ildən sonra verilişlərə çıxıb övladını axtaranlardandır. «Qızım, dilənməyi də bacarmıram, ona görə ki, mən bir «Bəy qızıyam». Amma nə edim? Şərait bunu tələb edir» sözlərini deyərək uşaqlığı, ailəsi və Sovet zamanı haqqında danışdı. «Eh Şükür, dövlətimiz də ev verəcək, hər ay da 20 AZN pul verir. Sağ ol, qızım, səndən yaxşı olmasın, bir qız da maraqlanırdı. Deyəsən, jurnalist idi. Amma bir şey çıxmadı» sözlərini deyərək, nənə qısa da olsa hekayəsini danışdı. «Nənə, Allah köməyimiz olsun», deyib oradan uzaqlaşdım. Yol boyu beynimdə «Nə etmək? Allahım, bu nənənin nə günahı var ki, belə vəziyyətdədir? Özü də pis insana oxşamır. İndi bunun gəzmək, nəvələri ilə oynamaq vaxtıdır. Amma…» fikirləri dolaşırdı. Evə gəldim. Yenə sual və fikir. Qızlara və HƏR ŞEYİMƏ bunu danışaraq, nənəyə kömək etmək qərarına gəldik. Bayramdan qayıdanda isə HƏR ŞEYİMİN qoyduğu Gəncə paxlavasından da nənəni qonaq etdim. Bir qırağa qoyub üstündə yazdım ki, «BU SİZİN ÜÇÜN». Payın azlığı-çoxlugu olmur. Sadəcə «Mən Bəy qızıyam» cümləsi mənə təsir etmişdi deyə əlinə vermək istəmədim. O gündən sonra da bir-iki dəfə nənəyə cuzi də olsa kömək etdik. Amma içim yenə də rahatlanmır. Çünki onun min sözdən daha çox ifadə edən o baxışlarını görəndə içim sızlayır. «Bacardığım qədər nəsə etməyə çalışacam» sözlərimə inanan o nənənin baxışları…ümid dolu baxışlar. Dostlar, kömək etmək kimi insanın içini rahatlandıran ikinci bir şey yoxdur. Ey insanlar, gəlin bir-birimizə kömək etməkdən vazgeçməyək. Əlimizdəkilərin qədrini bilib şükür etməyi bacaraq. Allah digər insanlara da kömək etməyin vacib olduğunu bizə buyurub. Heç birimiz o vəziyyətdən sığortalı deyilik. Əgər bu gün artıq yemək tapırıqsa, demək ki, boş yerinə deyil. Hər şeyə zaman, hər şeyə pul tapırıq. Demirəm, əyləncəyə ya da əlavə şeylərə pulunuzu xərcləməyin. Sadəcə sizə ehtiyacı olan insanların var olduqlarını unutmayın. Ruhunuzu şad edin. Vicdanınız üçün… Bir bilsəniz, insanı necə xəfifləndirir. Unutmayaq: Biz insan övladlarıyıq. Gəlin nələrsə edək.

Qıraqdan bəxtəvərlik verdiyim uşaq…

Keçən günlərdə o qədər yorulmuşdum ki, sadəcə dincəlmək və hava almaq istəyirdim. Azca da olsa Gəncədə yaşıllığı hiss edirsən, yorğunluğu qıraqda qoya bilirsən amma Bakı hara, yaşıllıq hara. () Valideynləri yanında olub, ailəsi yaxşı olub, savadlı olana bəxtəvərlik verə bilərəm. Yoxsa pulu ya da yaxşı imkanlı həyat yoldaşı olana yox. Pul bu gün var, sabah yox. Amma bu başqa qeydin mövzusudur. Bir dəfə buna da toxunacam. İndi isə keçək əsas mətləbə. Görüb bəxtəvərlik verdiyim o uşağa… 

Bəxtəvərlik verdiyim bir uşağın ailəsi. Parkda mehriban ailələrdə olduğu kimi ata uşağın əlindən tutub, ana isə qabaqda gedir. Gəzirlər, ata uşağıyla çox mehriban oynayır, boynundan qucaqlayır. Mən də sevincək bunları izləyirəm. Hətta özüm özümə yaxşı ki, gəldim, deyirəm. Necə gözəl mənzərədir: bir ailə parkda gəzir, ata vaxt tapıb öz ailəsiylə zaman keçirir. Axı uşağını gəzdirən atalar azdır. Hətta nadir tapıntıdır, demək olar. Bir neçə dəqiqədir ki, sevinərək bunları izləyirəm, birdən bunlar sağollaşırlar. Bəxtəvərlik verdiyim o uşaq “ata” deyib ağlayır. O səslər hələ də qulağımdadır. «Ata, getmə», deyirdi. Demək, bir tərəfdən anası, bir tərəfdən isə atası uşağa başa salır ki, atanı 1 həftədən sonra görəcəksən. Amma uşaq inadla «yox, gəlməyəcək» deyərək, ağlayır. Uşaq atanı buraxmır. Bu mənzərə bəlkə də 10 dəqiqə çəkdi. Ağlaya-ağlaya anası uşağı apardı. Fikirləşdim ki, evə gedəndə bu balaca qızcığazın oyuncaqlarla oynayıb başı qarışacaq. Yalnız gecə valideynlərinin bir olmadığını görüb ağlayaraq yenə də anasına sarılacaq. Kədərli səhnə…Ehh, kişilər. 

Sonra içimdəki qəhəri boğaraq, fikirləşdim ki, yenə o balaca yada salınır. İndi, gör nə qədər yada salınmayan, qayğısız, atasız uşaqlar var. 

Ona görə də ilk işim “papa” dediyim insanı yığmaq oldu. Həmişəki kimi «Bu nömrəyə zəng çatmır, telefon ya söndürülüb ya da əhatə dairəsi xaricindədir» sözlərini eşidərək, gözümdəki yaşları silib «Şükür» deməyi bacardım. Mən öyrəşmişəm, mənə artıq çətin deyil. Amma başqa uşaqlar var…

Elə bilməyin ki, bunları demək mənə asandır. Amma valideynsiz uşaq görə bilmirəm. Anasına ya da atasına həsrət uşaq görə bilmirəm… görmək də istəmirəm… ona görə ki, qıya bilmirəm… uşaqlara heç qıyılırmı?! Bəlkə deyəcəksiniz ki, hamı atalı ya da analı ola bilməz ki, Aytən. Amma…bütöv ailədə böyümək hər bir uşağın haqqıdır.

Və mən qətiyyətlə düşünürəm ki, məsuliyyətli kişilər çoxalmalıdır. Uşağını valideynsiz, qadını dul və ailəni başsız qoymaq asan olmamalıdır… bir yox bir neçə insanın həyatının alt-üst olunması anidən qərarlanmamalıdır. Bəzi kaprizlərə tab gətirib ayrılmaq kimi çətin qərarın verilməsi uzadılmalıdır…gəlin düşünək…

Ilk musahibəm😉

Qurbanova Aytən. 8 mart 1994-cü ildə Gəncə şəhərində anadan olmuşam. Azərbaycan Dillər Universtitetinin «İngilis dili müəllimliyi» ixtisasının 4-cü kurs tələbəsiyəm. Yaxın insanlar mənə «Aytoş» və «Qurbanova» deyə çağırırlar. Gənclik illərimdən maksimum istifadə edib boş durmamaya çalışıram. Məqsədim zamanımı səmərəli keçirməkdir. Bakıya gəlişimin ilk günlərindən köhnə «İrəli» İB-dən başlayaraq ondan belə Respublikada təşkil olunan demək olar ki, bütün layihələrdə könüllü kimi fəaliyyət göstərirəm. Xobbim maraqlı məlumatlar axtarıb insanlara çatdırmaq və türk dilində romantik kitablar oxumaqdır. Uşaqlıqdan mənə «Qənirə Paşayeva» deyirlər. Hələ bir çoxları isə «jurnalist» deyir. Açığı sevmirəm mənə jurnalist deyəndə. Bəlkə də cəmiyyətimizdə onlara qarşı mənfi münasibət, qeyri-ciddi qəbul olunmamaları məndə də onlar haqqında ziddiyyətli fikirlər yaradıb. Azərbaycanıma olan sevgimin əsası gördüyüm hadisələri insanlara çatdırıb onların gözünün açılmasına və inkişafında nələrsə etməyə çalışmaqdır. Haqqımın tapdalanmağımı sevməyən biriyəm. Ən əsasda, sözümü deməyi bacarıram. Hətta bir çox yerlərdə öz sözüm olmasa belə cəmiyyətimin problemini bildirib narazılıq edirəm. Belə hərəkətlərimə bəzən anam «Bəsdir!», «Sənə qalıb camaatın problemi?!», «Ay qız, sən axırda məni öldürəcəksən», «Bakı səni pis öyrədib» ,»Sən mənim canım, yazma» sözlərini deyir. Və bloq yazmağımı eşidəndə yaxınlarımın məni «top atəşi»nə tutacaqlarını düşünürəm 😉 Amma məni anlayanların dəstək olacağına inanıram. Azərbaycanımda olan hər bir problem mənim cəmiyyətimin problemidir, cəmiyyətimin problemi isə Qurbanovanın problemidir 😉Müsahibəm👇🏻xanim89.blogspot.com

Salam, dostlar. Necəsiniz? Şəkərbura, paxlava, «Paytaxt» (bizim dildə, Stoliçni) salatını yeməkdən doyan, kredit borcunu fikirləşməkdən bezən, qohumları ziyarət edən, şəkilləri instagramda paylaşan, rayon qızları evlərinə gələndə «Bakını sevirsən? Yoxsa buranı?» ya da «Sən niyə evdə qalıbsan, qızım?», «Oğlum, hələ evlənmirsən?», «Maman qurban, istədiyin var? suallarını verən və onları cavablandırmağa çalışanlar, rayondan olan qaynanalarını bəyənməyən «sentr» (mərkəz) bakılı gəlinlər, bizim insanlar necəsiniz?Fikirləşdim ki, nədən yazım. Axırda qərara gəldim ki, məni ən çox yoran, yekəxana insanlar haqqında yazım. Bəlkə xeyrim dəydi 😉   

Neçə vaxt araşdırdığımı, gördüklərimi az da olsa ilk köşə yazımda sizə çatdırmaq istəyirəm. İnanıram ki, nələrəsə nail olacam. Belə getsə, düzəlməyəcəyik, amma düzəlməyimiz lazımdır. 

Bilirsinizmi insanlar niyə soyuqlaşıb?Çünki, yekəxanalaşmışıq, insanlara qarşı ayaqlarımızı qaldırırıq, kimsə üzüyumşaqlıq edəndə də, onu şəxsiyyətsiz, qürursuz sayırıq. Bu sözləri eşitməmək üçün internetlə başımızı qatırıq. Axı söz götürməyən insanlar olmuşuq. Başlayırıq internətlə insanlarla tanış olmağa, sonda da ya xoşbəxt oluruq, ya da bədbəxt edirik qarşımızdakıları (çox hallarda bədbəxt edirik). İnternetdə kişilərimiz başqa xanımlara, xanımlar isə başqa kişilərə xoş gəlməyə can atırlar. Halbuki, heç evdə yoldaşı ilə oturub söhbət etmirlər, halbuki, heç övladına, həyat yoldaşına «canım», «hər şeyim», «bitanem» demirlər. Bir xala var ki, hazırlıq yoldaşımın anası, hər məni görəndə «canım, gözüm» deyə müraciət edir. Qızı isə mənə deyir ki, Aytən, heç mənim mamam mənə «canım, gözüm» demir. Mən də zarafata salıb, «yəqin məni səndən daha çox istəyir» deyirəm. Ona görə də, sərhədi keçən sözləri sevmirəm. Mamamın mənə deməyi bəsdir (halbuki, o da heç demir, amma desə də yenə real görsənər), yəni çox sağ olun, sizin boğazdan yuxarı deməyinizə ehtiyac yoxdur. Bu qısa bir çıxarış idi, qayıdaq internet məsələsinə. Virtuallaşmışıq. Real həyatla əlaqəni itiririk. Həyatda bir dostu belə saxlaya bilməyən insanlarımızın yüzlərlə virtual dostu var. Nəticə etibarilə, boşanmaların, ölüm hadisələrinin, «80 yaşlı baba 78 yaşlı nənəni qısqanclıq zəminində bıçaqlayıb» başlığı altında xəbərlərin çoxaldığını görürük. Axırda da «Boooy, bunlar hardan yarandı??» deyirik. Əlbəttə bilmərik. Ona görə ki, özümüzü düzəltmirik, özümüzü hamıdan «ağıllı» hesab edirik, sadəliyi sevmirik. Kimsə sadəlik edəndə, deyirik ki, görəsən nə işi düşüb?!

Niyə bu vəziyyətə gəlmişik? Özümüzü yekəxana aparmaqla, ətrafımızdakı insanların qədrini bilməməklə, gedəni saxlamağa cəhd göstərməməklə, səhvimizin olmasına baxmayaraq üzr istəməkdən imtina etməklə nə əldə edirik? Sanki qırılırıq, elə bil, neçənci mərtəbədən düşəcəyik. Hər şeyi pozan 21-ci əsr deyil, «görən qonşu nə deyər» deyil, internet deyil, günah özümüzdədir, axı hər şeyi özümüzdən başlayır. Düzəlməyə də özümüzdən başlamalıyıq.